09.06.2022
07.06.2022-ci il tarixdə Gəncə Regional Mədəniyyət İdarəsi Goranboy rayon Səfikürd kənd uşaq musiqi məktəbində “Azad Şuşamız” adlı tədbir keçirilmişdir. Tədbirdə Gəncə Regional Mədəniyyət İdarəsinin rəisi Cənab Vasif Cənnətov, İdarənin müavini Asəf Məmmədov İştirak etmişdirlər.
Musiqi məktəbinin xor kollektivi, müəllim və şagirdlər tədbirdə çıxış etdilər.
Tədbirin sonunda Gəncə Regional Mədəniyyət İdarəsinin rəisi məktəbin müəllimlərini təltif etdi. Vətən müharibəsi qazilərinə müxtəlif hədiyyələr təqdim edildi.